Bakıdakı leysana görə bu yollarda diqqətli olun

08 Noyabr, 2018 09:16 | Sosial | Baxış sayı: 60
Sürət həddi azaldılan yol
Sürət həddi azaldılan yol

Bu avtomagitralın bütün zolaqlarında sürət həddi azaldılıb

Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

Məlumatda həmçinin deyilir ki, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

“Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.