Bakıda yenə leysan yağacaq

08 Noyabr, 2018 11:50 | Sosial | Baxış sayı: 65
Yağışlı hava
Yağışlı hava

Temperatur bəzi yerlərdə bu gün gündüz 2 dərəcəyə kimi düşəcək

Bakıda yağışlı hava bu gün də davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 8-i gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu  13-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bu gün gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu 15-19, dağlarda 2-7 dərəcə isti təşkil edəcək.