Bakıda artıq bu avtobuslar işləyəcək - yenilik FOTOLAR

08 Noyabr, 2018 11:03 | Sosial | Baxış sayı: 252
Yeni avtobus
Yeni avtobus

Yeni avtobuslar 160 saylı xəttə işləyəcək

Bakıda daha bir sərnişindaşıma şirkətinin fəaliyyətinə xitam verilib. Bakı Nəqliyyat Agentliyindən İstiPressə-ə verilən məlumata görə,

160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib.

Noyabr ayının 10-dan 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “Çinar-Trans” MMC tərəfindən yeni avtobuslarla xidmət göstəriləcək.