Qusarda yürüş oldu FOTOLAR

08 Noyabr, 2017 13:39 | Sosial | Baxış sayı: 304
Yürüş
Yürüş

Qusarda bayraq gününə həsr edilən tədbir keçirilib. İstiPress-in Şimal bürosunun məlumatına görə, ilk tədbir Qusar İcra hakimiyyətinin təşkilatçılığı ilə olub. Səhər saatlarında Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin şəxsi heyəti və əsgərləri 4 km məsafədə Qusar şəhərindəki general Mahmud Əbilov adına mərkəzi meydana yürüş ediblər. Yürüş hərbi orkestrin müşayiətilə baş tutub. Eni 3,uzunluğu 6 metr olan Azərbaycan bayrağı meydana gətirilib.

Qusar şəhərindəki - 69 metr uzunluğu olan Azərbaycan bayrağı ucaldılan meydandan isə 100-dən çox velosiped həvəskarı və məktəblilər mərkəzi meydana 5 km məsafədə veloyürüş ediblər. Meydanda Azərbaycan bayrağı gününə həsr olunmuş tədbir himnn səslənməsi ilə başlayıb.

Daha sonra Qusarda Müdafiə Nazirliyinin bayraq tədbiri başlayıb. Hərbi hissədən mərkəzi meydana yürüş edən hərbçilər bu dəfə təxminən 8 km məsafədə H.Əliyev mərkəzinə yürüş ediblər. Burada hərbçilər Azərbaycan bayrağının tarixi əhəmiyyəti,yaranması və bu günə qədər keçdiyi inkişaf mərhələsi haqda videofilmə tamaşa ediblər.

9e0f827e-462a-4686-8b44-2a92701bfecb
9e0f827e-462a-4686-8b44-2a92701bfecb