Fizika sahəsində "Nobel" alanlar bilindi

08 Oktyabr, 2019 15:27 | Sosial | Baxış sayı: 69
Nobel
Nobel

Mükaft ekzoplanetin kəşfinə görə verilib

2019-cu il üzrə fizika sahəsində Nobel mükafatı laureatlarının adları elan edilib. Oktyabrın 8-də Stokholmda yerləşən İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi fizika sahəsində 2019-cu il üzrə Nobel mükafatının bir yarısını Ceyms Piblsə “fiziki kosmologiyada nəzəri kəşfləri üçün”, digər yarısını isə Mişel Meyir və Didier Queloza “günəş tipli bir ulduz orbitində olan bir ekzoplanetin kəşfinə görə” verildiyini elan edib.

Qeyd olunub ki, bu il fizika üzrə Nobel mükafatı kainatın quruluşunu və tarixini yeni şəkildə anlamağa və bizim Günəş sistemi xaricində günəş tipli bir ulduz orbitində yeni planetin kəşfinə görə təqdim edilir. 

Mişel Meyir və Didier Queloz naməlum aləmlərin axtarışında öz Qalaktikamızı “Süd yolunu” araşdırıblar. 1995-ci ildə bizim Günəş sistemi xaricində bir planet, ilk günəş tipli ulduz orbitində olan bir ekzoplaneti məhz bu alimlər tapıblar. Onların kəşfi bu qəribə dünyalar haqqında anlayışda və astronomiyada inqilaba səbəb olub. 

Xatırladaq ki, Alfred Nobelin vəsiyyətinə əsasən, fizika sahəsində mükafat bu sahədə ən əhəmiyyətli kəşfin və ya ixtiranın müəllifinə verilməlidir.