Bu yollarda sürət həddi endirildi

08 Sentyabr, 2019 11:25 | Sosial | Baxış sayı: 112
Hava limanı yolu
Hava limanı yolu

Bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib

Hazırda Bakıda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

İstiPress-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almağı, eləcə də ehtiyatlı olmağı tövsiyə edilir.