Bakıda qadın sərnişin avtobus sürücüsünü söydü VİDEO

08 Sentyabr, 2017 12:02 | Sosial | Baxış sayı: 248
Bakubus
Bakubus

sürücü qadına ön qapıdan düşməyə icazə verməyib

Bakıda “BakuBus” avtobusunda sürücü ilə sərnişin arasında növbəti dəfə münaqişə yaranıb. İstiPress-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Mübahisəyə səbəb qadın sərnişinin 6 saylı avtobusda ön qapıdan düşmək istəməsi olub. 

"Təqdim etdiyimiz bu video da sərnişin-sürücü münasibətlərinin pozulması ilə bağlıdır. Belə ki, 6 saylı marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərdən biri ön qapıdan düşmək istəyir. Lakin sürücü buna mane olur və bildirir ki, avtobusdan düşmək üçün sərnişinlər orta və arxa qapılardan istifadə edə bilər. Mübahisədə elə bundan sonra başlayır. Xanım sərnişin qeyri etik ifadələrlə sürücünü təhqir edir".

Sürücünü təhqir edən qadın daha sonra orta qapıdan düşərək yoluna davam edir. 

Xatırladaq ki, bənzər hadisə bir neçə gün öncə də 96 saylı avtobusda baş vermişdi. Sərnişin dayanacaqdan kənarda avtobusu saxlamağı tələb edib, lakin sürücü bundan imtina edib. Bu zaman sərnişin əsəbləşərək sürücünü boğmağa başlayıb.