Bakıda yağışa görə yollarda dəyişiklik oldu

08 Avqust, 2019 09:17 | Sosial | Baxış sayı: 81
Sürət həddi azaldılan yol
Sürət həddi azaldılan yol

İki avtomagistralda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.

Yollarda sürət həddinin endirilməsində məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik”.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.