Prezident Təzəpirə 2 milyon ayırdı

08 Avqust, 2018 08:40 | Sosial | Baxış sayı: 54
Təzəpir məscidi - QMİ
Təzəpir məscidi - QMİ

Kompleks təmir ediləcək

Prezident İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Məscid kompleksində təmir-bərpa və yenidənqurma işləri həyata keçiriləcək. Bunun üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrılıb.