Polis yanğının kənddən kəndə keçməsinin qarşısını aldı

08 Avqust, 2018 19:20 | Sosial | Baxış sayı: 131
Meşədə yanğın
Meşədə yanğın

Avqustun 8-də səhər saatlarında Quba rayonu Alpan, Qıpçal və Qələdüz kəndləri ərazisində biçilmiş əkin sahələri, dağlıq və meşəlik ərazilərdə yanğın baş verib.

İstiPress-in şimal bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, hadisə yerində Quba rayon polis şöbəsinin, FHN-nin əməkdaşları və yerli sakinlər olublar. Baş verən yanğınlarda Quba rayon polis şöbəsinin əməkdaşları yanğının qarşısının alınmasında fəal iştirak ediblər.

​Alpan kəndi ərazisindəki yanğın tez bir zamanda söndürülüb. Digər kəndlərdə alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

Yanğının baş vermə səbəbləri araşdırılır.​