Sürücülərə XƏBƏRDARLIQ

08 Avqust, 2017 16:30 | Sosial | Baxış sayı: 389

Yaxın 3 gün ərzində...

Yaxın 3 gün ərzində Balaxanı-Binəqədi avtomobil yolu bağlı olacaq.  "Azəravtoyol" ASC-dən İstiPress-ə verilən məlumata görə, bu gündən etibarən aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Sabunçu rayonu ərazisində, Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənə qədər, yəni avqust ayının 11-nə kimi qüvvədə olacaq. Sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edirik",- deyə məlumatda qeyd edilib.