Qurban bayramında 4 gün iş yoxdur

08 Avqust, 2017 10:11 | Sosial | Baxış sayı: 522
Qurban bayramı üçün bəzədilən qoç
Qurban bayramı üçün bəzədilən qoç

İstirahət gününün vaxtı dəyişdi

Qurban bayramı ilə əlaqədar 4 gün istirahət günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, bu il Qurban bayramı 1, 2 sentyabr tarixlərinə təsadüf edir.

2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün istirahət günlərindən birinin yeri dəyişəcək. Əmək Məcəlləsinə əsasən, 4 sentyabr qeyri-iş günü olacaq.

Nəticədə 1-4 sentyabr Azərbaycanda qeyri-iş günləri hesab ediləcək.