Keçmiş rektor koronavirusdan dünyasını dəyişdi

08 İyul, 2020 16:22 | Sosial | Baxış sayı: 106
Fuad Nəsrullah oğlu Ələsgərov
Fuad Nəsrullah oğlu Ələsgərov

Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, iqtisad elmləri doktoru, professor Fuad Nəsrullah oğlu Ələsgərov dünən vəfat edib.

İstiPress-in məlumatına görə, F.Ələsgərov 1989-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.

Onun koronavirusdan dünyasını dəyişdiyi bildirilir.