Abşeron Sukanal İdarəsinin rəisi koronavirusdan öldü

08 İyul, 2020 14:07 | Sosial | Baxış sayı: 81

“Azərsu” ASC-nin Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirusdan vəfat edib.

İstiPress-in məlumatına görə, məmur bir həftə əvvəl infeksiyaya yoluxubmuş. Lakin aparılan müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

“Azərsu” ASC-nin mətbuat xidmətindən faktı təsdiqləyiblər.