Yayda dəm qazından boğuldular

08 İyul, 2019 17:06 | Sosial | Baxış sayı: 92
Dəm qazından boğulma
Dəm qazından boğulma

Meyitlərdən biri hamam otağında, o biri isə yataq otağında olub

Daşkəsəndə evdə 2 meyit aşkarlanıb.

İstiPress-in məlumatına görə, rayonun İsmət Qayıbov küçəsində kirayədə yaşayan, Şəmkir rayon Təzəkənd kənd sakini 1977-ci il təvəllüdlü Ələsgərova Ayşən Nurəddin qızı və Şəmkir rayon Çaparlı kənd sakini, 1987-ci il təvəllüdlü Cəfərov Orxan Nəriman oğlunun meyitləri aşkarlanıb. Məlumata görə, meyitlərdən biri hamam otağında, o biri isə yataq otağında olub.

Ölümün dəqiq səbəbləri məlum olmasa da, onların dəm qazından boğulması ehtimal edilir.

Faktla bağlı hüquq mühafizə orqanların əməkdaşları tərəfindən araşdırma aparılır.