İranda çox güclü zəlzələ oldu

08 İyul, 2019 12:38 | Sosial | Baxış sayı: 137
İranda Kermanşah zəlzələsi
İranda Kermanşah zəlzələsi

5,7 bal gücündə olub

İranın cənub-qərbində yerləşən Huzistan əyalətinin Məscidi Süleyman şəhərində 5,7 bal gücündə zəlzələ baş verib.

İstiPress-in məlumatına görə, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar İran vaxtı ilə saat 11:30-da qeydə alınıb. 

Zəlzələnin ocağı yerin 17 km dərinliyində yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.