Bakıda məşhur çiçək dükanında yanğın oldu

08 İyul, 2019 12:59 | Sosial | Baxış sayı: 134

Mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü yanıb

Bakının Nizami rayonunda "Ağçiçəyim" gül salonunda yanğın başlayıb.

İstiPress-in məlumatına görə, əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Ətrafı tüstü bürüyüb. Yanğının söndürülməsi üçün tədbirlər görülüb.

Fövqəladə Hallar Nazirliyi (FHN) yanan gül dükanı ilə bağlı açıqlamaya yayıb. Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.