Bu sürücülər cərimələnəcək - VİDEO

08 İyul, 2017 11:58 | Sosial | Baxış sayı: 259
Sürücü
Sürücü

Cərimə hər 10 gündən bir təkrarən tətbiq edilə bilər

Xarici istehsal olan avtomobillərin illik texniki baxışdan keçməsinə son 23 gün qalsa da, texniki baxış məntəqələrinə müraciət edənlər azdır.

İstiPress xəzərxəbər-ə istinadən məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin müayinə mərkəzindən bildirilir ki, bu il avtomobillərin cəmi 15 %-i yoxlanışdan keçib. Amma indidən yoxlanışdan keçməyin bir sıra üstünlükləri var.

İşini son günə saxlayanların gecikdiyi təqdirdə yol polisləri tərəfindən cərimə olunma ehtimalı da var.

Bu cərimə texniki baxışdan keçməyən avtomobillərin sürücülərinə hər 10 gündən bir təkrarən tətbiq edilə bilər.