Bakıdan uçan təyyarə Naxçıvana gedə bilmədi

08 İyun, 2019 16:34 | Sosial | Baxış sayı: 148
AZAL
AZAL

Leysana görə təyyarə Lənkərana təcili eniş etməli olub

Bakıdan Naxçıvana uçan təyyarə təcili eniş edib. AZAL-dan verilən məlumata görə, Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına (LLK) enmək qərarına gəlib. Təyyarə yerli vaxtla saat 15:08-də ​​təhlükəsiz yerə enib. 

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq.

"Qeyd edək ki, ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcək", deyə qurumun məlumatında qeyd edilir.