Qatar Bakıdan saat 08:00-da yola düşəcək
İyunun 18-dən etibarən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən 702/701 nömrəli sürətli sərnişin qatarının hərəkət qrafikinin optimallaşdırılması məqsədi ilə bu qərar qəbul edilib.
O qeyd edib ki, qatar Bakıdan saat 08:00-da yola düşəcək, Gəncəyə saat 12:15-də çatacaq, əks istiqamətdə isə qatar Gəncədən saat 18:00-da yola düşəcək və Bakıya saat 22:15-də çatacaq.
Daşkəsəndə qarın hündüryülü 16 sm-ə çatıb
Qızlar gastroenterit ehtimalı ilə xəstəxanaya yerləşdirilmişdi
AQTA Bərdədə pendir hazırlayan sexi bağladı
Bir gündə 650 min ağac əkiləcək
Sosial mənzillərə ehtiyacı varsa yerli icra hakimiyyəti orqanlarında uçota alınmaq üçün müraciət oluna bilər