Prezident uçan körpüyə görə sərəncam imzaladı

08 İyun, 2018 08:38 | Sosial | Baxış sayı: 56
Sel nəticəsində dağılan körpü
Sel nəticəsində dağılan körpü

Ehtiyat fondundan pul ayrılıb

Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb.

M-4 Bakı–Şamaxı–Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün vəsait ayrılıb. 3,5 milyon manat Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Xatırladaq ki, adıçəkilən körpü bir neçə gün öncə yağan leysan nəticəsində uçub.