Bakının bu küçəsində yeni yol keçidləri təşkil olunacaq

08 İyun, 2018 18:51 | Sosial | Baxış sayı: 66
Yeni keçid
Yeni keçid

Yusif Səfərov küçəsində yeni yol keçidləri təşkil olunacaq.

İstiPress-in məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, bu yay icra ediləcək mühüm layihələrdən biri Yusif Səfərov küçəsində nəqliyyat axınının düzgün idarə edilməsi ilə bağlıdır.

O qeyd edib ki, şəhər mərkəzinə əsas giriş hesab edilən bu küçənin Mehdi Mehdizadə və Nizami küçələri ilə kəsişməsində yeni yol keçidlərinin təşkili planlaşdırılır:

"Bu isə öz növbəsində, Bakı şəhərinin şərq və qərb bölgələri arasındakı avtomatik kommunikasiyanı əhəmiyyətli dərəcədə asanlaşdıracaq və nəqliyyat axınının daha düzgün yayılmasını təmin edəcək".