Çay iki körpünü dağıtdı - VİDEO

08 May, 2020 10:24 | Sosial | Baxış sayı: 233

Kəndarası gediş-gəliş əlaqəsi kəsilib

İki gündür yağan yağış Qubanın Xanəgah kəndində fəsadlar yaradıb.

IstiPress-in məlumatına görə, gur dağ çayı olan Cağacuqçaya gələn güclü sel Xanəgah kəndindəki iki körpüyə zərər verib.

Gələn sel sakinlərin kəndarası gediş-gəliş əlaqəsini kəsib. Körpülərdən biri daha çox ziyan çəkib, körpünün bir hissəsini sel suları aparıb.

Quba FHK sədri, icra başçısının 1-ci müavini Allahverdi Xudaverdiyev rayon  rəhbərliyinin göstərişilə əraziyə dərhal texnika göndərildiyini deyib.

Onun sözlərinə görə, yağış və sel dayanan kimi təcili olaraq körpülərin bərpasına başlanılacaq.

Hələlik isə gediş -gəliş qismən bərpa olunub.