Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxdu, 25 nəfər sağaldı

08 May, 2020 15:43 | Sosial | Baxış sayı: 87
Koronavirus pandemiyası
Koronavirus pandemiyası

675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir

Azərbaycanda 75 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

IstiPress-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 2 279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 39 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 181 530 test aparılıb.