Moskva Paşinyana böyük kömək vəd edib

08 May, 2019 17:41 | Sosial | Baxış sayı: 758
Nikol Paşinyan işğal olunmuş Azərbaycan torpaqlarında
Nikol Paşinyan işğal olunmuş Azərbaycan torpaqlarında

Ermənistan baş nazmirinin son militarist çıxışlarının arxasında Kreml dayanır

Bir sıra Rusiya ekspertlərini dinlədikdə Kremlin artıq Qarabağ klanından imina edərək, Nikol Paşinyanın hakimiyyətini möhkəmləndirməyi qərara aldığını anlamaq olur.

İstiPress-in məlumatına görə, rusiyalı ekspert Oleq Kuznetsovun dediklərindən belə çıxır ki, ümumiyyətlə Serj Sarkisyan fəaliyyətinin son illərində öz faşist baxışları ilə hətta Moskva üçün arzuolunmaz şəxsə çevrilmişdi. 

Kuznetsov bu fikri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat mərkəzində mayın 7-də  keçirilmiş birfinqi şərh edərkən bildirib. Brifinqdə nasizmi qəhrəmanlaşdıran ölkələr sırasında Ermənistanın da adı çəkilir və bildirilir ki, bu ölkənin keçmiş iqtidar partiyası ilə bağlıdır. Vurğulanıb ki, Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası faşist Almaniyası ilə əməkdaşlıq etmiş siyasi xadim Qaregin Njdeni əbədiləşdirməyə çalışır.

Yəni söhbət 2016-cı ilin yazında İrəvanda Serj Sarkisyan tərəfindən Qargeni Ncdeyə çox iri abidə qoyulmasından gedir. Sarkisyanın niyə Qaregin Njdeni qəhrəmanlaşdırmasının səbəbi də aydındır - Njde Zəngəzurda - Gorus və Qafanda 32 azərbaycanlı kəndinə qarşı soyqırım təşkil edib ki, bu da həmin rayonların 1923-cü ildə Azərbaycandan qoparılaraq Ermənistana hədiyyə edilməsində rol oynayıb. Amma ruslar Ncdenin Rusiyaya xəyanətini də unutmamışdılar ki, onu əbədiləşdirməyə çalışan Sarkisyanın vəziyyəti ona görə ağır oldu, narıncı inqilab günlərində Rusiyanın dəstəyindən məhrum oldu.            

Serj Sarkisyan Njdenin abidəsini açarkən
Serj Sarkisyan Njdenin abidəsini açarkən

Moskva bununla da qalmadı və indi açıq şəkildə Sarkisyanın böyük düşməni Nikol Paşiyana dəstək verir. Halbuki, Sarkisyan tezliklə revanş eləmək niyyətində idi və belə görünür ki, bu, alınmayacaq. 

Oleq Kuznetsov Rusiya XİN-in son bəyanatını Kremlin Sarkisyanı və Koçaryanı parçalamaq üçün yem kimi Paşinyanın qarşısına atdığını göstərir. Onun fikrincə, Moskva göstərir ki, ən ermənipərəst ruslar üçün artıq Sarkisyanın parityası büdpərəst və faşsit qruplaşmasıdır.

Dolayısı ilə Moskva ermənipərəst qüvvələri Paşiyana dəstək verməyə çağırıb. Bunu Azərbaycan da nəzərə almalıdır və Paşiyanın son militarist çıxışlarının arxasında Kremlin durduğunu anlamalıdır.