Həkimlər hamiləliyi xərçənglə səhv saldılar

08 May, 2019 11:14 | Sosial | Baxış sayı: 101
Hamilə qadın
Hamilə qadın

35 yaşlı qadın h\kimlərin şiş kimi gördüyü əkizlərini itirib

Türkiyədə həkimlərin kobud səhvi bir ailənin faciəsinə səbəb olub. İstiPress-in məlumatına görə, onlar hamiləliklə xərçəng xəstəliyini səhv salıblar. 

Hadisə 35 yaşlı Serpil Baga adlı qadının başına gəlib. Ötən il onun yumurtalıqlarından birində şiş olduğu üçün əməliyyat edilib. Bir neçə aydan sonra qadının qanında hamiləlik hormonunun (xq) səviyyəsi normadan artıq çıxıb. Bu həm də uşaqlıq xərçənginin əlamətlərindən hesab edilə bilər. 

Həkimlər isə ətraflı yoxlama aparmadan ona xərçəng diaqnozu qoyaraq kimyaterapiya müalicəsinə başlayıblar. Yoxlama zamanı uşaqlıqda 12-19 sm ölçülərində olan iki şişin tapıldığı, onların götürülməsi gərəkdiyi deyilib. Lakin planlaşdırılan əməliyyatdan bir neçə gün öncə qadında açılış baş verib. 

Sən demə həkimlərin şiş kimi gördükləri əkiz uşaqlar olublar. Qadın hamilə olub. Açılışa səbəb isə onun qəbul etdiyi kimyaterapiya müalicəsi olub.