Nazirlik ünvanlı sosial yardım alan ailələri sevindirdi

08 Aprel, 2020 15:55 | Sosial | Baxış sayı: 215
Manat
Manat

Yardımının təyin olunma müddəti bitən ailələrin vaxtı uzadılıb

Ünvanlı sosial yardım alan ailələrin sayı artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ünvanlı dövlət sosial yardımının əhatə dairəsinin genişləndirilməsi, təyinatın sadələşdirilməsi və aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün işlər davam etdirilir. Görülən işlər nəticəsində proqramın əhatə etdiyi ailələrin sayında növbəti artım özünü göstərib.

Belə ki, son 10 gündə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayında 13,2 faiz artım qeydə alınmaqla, bu yardımı alan ailələrin sayı 9100 ailə artıb. Hazırda 78 130 (330 minədək ailə üzvü) ailə sosial yardım alır.

Hər ailəyə düşən yardımın məbləği 222 manata çatıb.
Qeyd edək ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.