Azərbaycanda rekord artım - 105 nəfərdə koronavirus tapıldı

08 Aprel, 2020 17:07 | Sosial | Baxış sayı: 654
Koronavirus
Koronavirus

Həkimlərimiz daha 19 nəfərin həyatını xilas edə biliblər

Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb. Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxan 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

O qeyd edib ki, ötən bir həftə ərzində pozitiv və neqativ hallar baş verib. 

Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.