Bakıdan Moskvaya uçan təyyarə qəza enişi edib

08 Aprel, 2019 17:25 | Sosial | Baxış sayı: 99
Şeremetyevo hava limanı
Şeremetyevo hava limanı

Bakı-Moskva marşrutu üzrə hərəkət edən və göyərtəsində sərnişinlərin olduğu "Gulfstream" təyyarəsi aprelin 8-də səhər saatlarında "Şeremetyevo" hava limanına qəza enişi edib. Bu barədə Rusiya KİV-ləri xəbər verir.

Müşahidə kameralarından olan qeydlərdə görünür ki, təyyarə uçuş-enmə zolağına endikdən sonra asfalt örtükdən kənara çıxıb.

Nəticədə, təyyarənin şassisinin dirəkləri qırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.