Bakıda sərnişin avtobusu qəzası - xəsarət alanlar var - VİDEO

08 Aprel, 2019 15:26 | Sosial | Baxış sayı: 142
Yol qəzası
Yol qəzası

Minik avtomobili ilə toqquşub

Bakıda avtobus minik avtomobili ilə toqquşmasının görüntüsü yayılıb.

İstiPress-in məlumatına görə, hadisə aprel ayının 6-sı gecə saatlarında Şüvəlan qəsəbəsində baş verib. 136 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "Hyundai" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə, hər iki nəqliyyat vasitəsi bağ evlərinin hasarlarına çırpılıb. Qəzada xəsarətlər alanlar olub.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası qəzada xəsarət alanları 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Qəzanın səbəbləri araşdırılır.