Bakıda qaçqınlar üçün avtobus açıldı

08 Aprel, 2019 10:06 | Sosial | Baxış sayı: 125
“BakuBus” avtobusları
“BakuBus” avtobusları

Avtobus stansiya Sumqayıt-Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində işləyəcək

Bakıda qaçqın və və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün yeni avtobus xətti açılıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanındakı xidmət "Stansiya Sumqayıt-Bakı Beynəlxalq Avtovağzal Kompleksi" marşrutu üzrə 533 saylı yeni xəttin açılmasına dair göstəriş verib. Məqsəd Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Xırdalan şəhəri və Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə nəqliyyat kommunikasiyasının təmin edilməsidir. 

Həmin marşrut xətti üzrə bu gündən etibarən 6 ədəd avtobus sərnişinlərimizin xidmətindədir.

Qeyd olunan ərazidə müvəqqəti olaraq 5000-ə yaxın məcburi köçkün məskunlaşıb.