Hava 20 dərəcəyə qədər qızacaq

08 Mart, 2020 14:59 | Sosial | Baxış sayı: 104
Yaz havası
Yaz havası

Mülayim cənub küləyi əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

İstiPress-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85%, gündüz 55-65% olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir.

Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.