Yerə yaxınlaşan asteroid dünyanın sonunu gətirə bilər

08 Fevral, 2019 16:18 | Sosial | Baxış sayı: 189
Asteroid
Asteroid

Avropa Kosmik Agentliyinin əməkdaşlarının yeni həyəcanı

Avropa Kosmik Agentliyinin əməkdaşlarının fikrincə, 2018XB4 asteroidinin Yerlə toqquşma riski artıb.

İstiPress-in "RİA Novosti"yə istinadən məlumatına görə, Avropa Kosmik Agentliyi nəzdində fəaliyyət göstərən Yerətrafı obyektlərin müşahidəsi üzrə koordinasiya mərkəzinin mütəxəssisləri belə bir nəticəyə gəliblər.

Onların proqnozuna görə, təxminən 70 metr diametrli asteroid 2092-ci ildə Yer planetinə düşə bilər. Alimlər bu riskin 1/7000 əmsalında (yeddi minə bir şans) olduğunu bildirirlər.

Yer planetinə təhlükə səviyyəsi baxımından 2018XB4 asteroidi beşinci kosmik obyekt sayılır.

Bundan əvvəl Peterburq Dövlət Universitetinin alimləri “Apofis” asteroidinin 2068-ci ildə Yerlə toqquşa biləcəyi ehtimalını irəli sürmüşdülər. Ondan əvvəl isə həmin obyektin 2029-cu ilin aprel ayında Yerə təhlükəli məsafəyə qədər yaxınlaşacağı (38 min kilometr) proqnozlaşdırılır.