Bakı küçələrindəki kameralar 73 min sürücünü ziyana saldı

08 Fevral, 2019 08:34 | Sosial | Baxış sayı: 120
Yol nişanı
Yol nişanı

Cərimə 20 AZN-dir

“Bu günə qədər 73 minə yaxın sürücü cərimələnib”. Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. Onun sözlərinə görə, BNA-nın iki həftə ərzidə 54 min sürücünü cərimələdiyini deyirlər: “54 min nəfər nəqliyyat vasitəsini almaq imkanı olan insanlardır. Biz 54 min insanın narazılığına qulaq asmalıyıq, yoxsa ictimai nəqliyyatdan istifadə edənlərin? Cərimə 20 AZN-dir, əgər üç gündə ödənilirsə bu, 18 AZN olur".

O qeyd edib ki, hazırda 73min nəfərin cəriməsi araşdırılır. Ola bilsin ki, nömrələrində problemlər mövcuddur. Şikayətçiləri qəbul edilib, onların tələblərini nəzərə alınır. 

BNA sədri qeyd edib ki, dayanacaqlarda da intellektual kameraların quraşdırılması nəzərdə tutulur. Bu, şəhərin "Martın ortalarında Yeni Yasamalda, əsasən Şərifzadə küçəsində bu istiqamətlərdə kameralar quraşdırılacaq”.