Moskvada azərbaycanlılara məxsus restoran yandı - VİDEO

08 Yanvar, 2019 19:10 | Sosial | Baxış sayı: 114
Yanğın
Yanğın

Səbəb elektrik naqilindəki qısaqapanma olub

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin Tekistilşiki rayonunda, Qrayvaronovskiy küçəsi, ev 12 ünvanında yerləşən "Starıy Baku" kafesi yanıb.

İstiPress-in məlumatına görə, yaşayış binasına bitişik olan kafenin damında baş verən yanğına səbəb elektrik naqilindəki qısaqapanma olub.

Yanğın zamanı kafenin əməkdaşları və müştərilər evakuasiya edilib. Hadisə yerinə gələn hüquq-mühafizə və yanğınsöndürmə orqanları əməkdaşlarının, həmçinin yerli azərbaycanlıların səyi nəticəsində yanğın söndürülüb.

Kafenin damından başqa, yaşayış binasına və yaxınlıqda yerləşən ticarət obyektlərinə zərər dəyməyib.

Kafenin sahibi, əslən Azərbaycanın Tərtər rayonundan olan Nicat İsmayılov bildirib ki, hadisəyə elektrik naqilində gərginliyin artması səbəb olub.