Bakının bu ərazilərində işıq olmayacaq

08 Yanvar, 2019 15:28 | Sosial | Baxış sayı: 87
"Azərişıq" əməkdaşı
"Azərişıq" əməkdaşı

Elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Yanvarın 9-u saat 10:00-dan 14:30-a qədər Mehdiabad və Saray qəsəbələrinin bəzi ərazilərində, Qurd Dərəsi, Corat bağlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. 

İstiPress-ə “Azərişıq” ASC-dən daxil olan məlumata görə, buna səbəb Bağlar ETSİ-nin 35/6 kV-luq 91 saylı yarımstansiyadan çıxan Mehdiabad-1,2 EVX-də və 35/6 kV-luq 143 saylı yarımstansiyada aparılan təmir işləridir.