Bakıda sərnişinlərə güclü külək xəbərdarlığı edildi

08 Yanvar, 2019 15:00 | Sosial | Baxış sayı: 120
Bakıda külək
Bakıda külək

Dayanacaqda avtobus gözləyəndə diqqətli olun

Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərə xəbərdarlıq edib. Agentlikdən verilən məlumatda qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 9-da paytaxtda güclü külək olacağı ilə bağlı xəbərdarlıq edib. Bunu nəzərə alaraq, sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edilir.

"Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər”.