Attestat ala bilməyənlər yenidən imtahan verdi

08 Yanvar, 2019 17:58 | Sosial | Baxış sayı: 35
İmtahan
İmtahan

İmtahana 102 nəfər qatılıb

Bu gün Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb.

İstiPress-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI) bitirə bilməyən şəxslər iştirak edib.

Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 102 nəfər qatılıb. Eksternlər 2 gün ərzində hərəsində 10 sual olmaqla 11 fənn (Ana dili, ədəbiyyat, kimya, fizika, riyaziyyat, xarici dil, coğrafiya, informatika, Azərbaycan tarixi, ümumi tarix, biologiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər.

 Məqbul qiymət almış şəxslərin siyahısı baku.edu.gov.az saytında yerləşdiriləcək.