Yanvarın 22-si iş günüdür?

08 Yanvar, 2018 15:02 | Sosial | Baxış sayı: 1455
Təqvim
Təqvim

20 Yanvar bu il şənbə gününə təsadüf edir

Bu il Ümumxalq Hüzn Günü olan 20 yanvar şəh bə gününə təsadüf edir. Yanvarın 20-si Ümumxalq Hüzn Günü olduğundan ölkədə iş günü hesab edilmir, amma Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri yalnız iş günü hesab olunmayan bayram günləri ilə üst-üstə düşdükdə həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Lakin yanvarın 20-sinin həftənin şənbə gününə təsadüf etməsinə baxmayaraq, həmin gün Ümumxalq Hüzn Günü olduğundan növbəti həftənin bazar ertəsi günü, yəni yanvarın 22-si iş günü hesab ediləcək.

Qeyd edək ki, 2018-ci ildə 8 Mart– Qadınlar günü,

20, 21, 22, 23, 24 mart –Novruz bayramı,

9 May - Faşizm üzərində Qələbə günü,

28 May - Respublika günü,

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü,

15,16 iyun - Ramazan bayramı,

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü,

22, 23 avqust - Qurban bayramı,

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günü hesab edilmir. 

2018-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Azərbaycan xalqının Milli Qurtuluş günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 yanvar, 26 mart və 18,19 iyun tarixləri, altıgünlük iş həftəsində isə 3 yanvar və 18 iyun tarixləri istirahət günləridir.