İrandan Azərbaycana bu məhsulun gətirilməsinə qadağa qoyuldu XƏBƏRDARLIQ

07 Dekabr, 2018 10:03 | Sosial | Baxış sayı: 521
Gömrük yoxlaması
Gömrük yoxlaması

Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub

Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Azərbaucan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə xəbərdarlıq edib.

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İran İslam Respublikasının Tehran vilayətində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması müəyyən edilib.

Bununla əlaqədar, İranın Tehran vilayətindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb. 

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün agentlik tərəfindən İranın Tehran vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycanın Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.