Bu yolla ölkə rəhbərliyi tıxaclardan can qurtarmağa çalışır
Avropanın ən inkişaf etmiş kiçik ölkələrindən biri nəqliyyat sistemini pulsuz edəcək. İstiPress-in məlumatına görə, Lüksenburqda ictimai nəqliyyatdan istifadə edənlər ödəniş etməyəcəklər.
Qatarlar, tramvay, avtobuslarda ödənişlər gələn ilin yayından ləğv ediləcək. 2020-ci ilin əvvəlindən isə bilet sisteminin ümumiyyətlə ləğvi planlaşdırılır.
Hazırda Lüksenburqda 20 yaşa kimi olan vətəndaşlar nəqliyyatdan pulsuz istifadə edə bilir. Bundan başqa şəhər ətraflarından gələn sərnişinlər istənilən iki saatlıq gediş üçün 2 avro ödəyirlər.
Hökumət rəsmiləri bu yolla həm ətraf mühiti qorumağı, həm də şəhəri tıxaclardan azad etməyi planlaşdırılar.
"The Guardian" yazır ki, Lüksenburq dəhşətli tıxaclardan əziyyət çəkən yerdir. Buna səbəb isə 600 min sakini olan şəhərə hər gün Fransa, Belçika, Almaniyadan iş üçün 200 min adam gəlməsidir. Hesablamalara görə, 2016-cı ildə paytaxtdakı sürücülər tıxaclarda orta hesabla 33 saat vaxt keçiriblər.
Xatırladaq ki, bu ilin iyul ayının 1-dən Estoniyanın bir çox regionları da pulsuz ictimai nəqliyyata keçid ediblər. Regionlar paytaxtın təcrübəsindən yararlanıblar.
Hazırda hər iki müəllim məktəbdə çalışır
Bəzi yerlərdə 6 dərəcəyə kimi şaxta olacaq
Nazirlər Kabineti və Səbail Rayon İcra Hakimiyyəti qərar layihəsi üzərində iş aparır
Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb
Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklər