Evdə baş verən partlayışın səbəbi aydınlaşdı

07 Dekabr, 2018 18:33 | Sosial | Baxış sayı: 147
Güclü partlayış
Güclü partlayış

Yaralının vəziyyəti olduqca kritikdir

Xaçmazın Xudat şəhərində evdə baş verən partlayışın bəzi təfərrüatları məlum olub.

İstiPress-in şimal bürosunun Xaçmaz qaz istismarı idarəsinin Xudat sahəsindən əldə etdiyi məlumata görə, mənzildə olan qaz sobasının sönməsi nəticəsində partlayış baş verib. Partlayışa isə mənzilin bacasının qazın çıxması üçün normal vəziyyətdə olmaması səbəb olub.

Partlayış nəticəsində bədəninin 95 faizdən çoxu yanmış 43 yaşlı Davud Əlimuradov isə Bakıdakı Yanıq Mərkəzinə çatdırılıb. Xaçmazın baş həkimi Səyyaf Tağıyev yaralının vəziyyətinin olduqca kritik olduğunu deyib.