Deputat od püskürdü - hədəfdə özəl kanallardır

07 Dekabr, 2018 13:18 | Sosial | Baxış sayı: 269
Telekanal
Telekanal

"Əxlaqsızlıq yayırlar, uşaqlar Azərbaycan kanallarına baxıb nə öyrənəcəklər?”

“Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət kanalı və İctimai Televiziya istisna olmaqla, televiziyaların fəaliyyətini mənfi qiymətləndirirəm. Azərbaycan televiziyalarında xalqı elə təqdim edirlər ki, düşünürsən, doğrudanmı yer üzündə belə bir millət yaşayır?”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib. O kanlları əxlaqsızlıq yaymaqda ittiham edib. 

Deputatın sözlərinə görə, bütün gün kiminsə başının qırxılması, qayınana gəlin davası müzkirə edilir.

"Mətbuat Şurasının “qara siyahı”sı var, fəaliyyəti neqativ olan saytların adı ora salınır. Milli Televiziya və Radio Şurasında da belə bir siyahı olmalıdır. Quruma səlahiyyət verilməlidir ki, televiziyaları cəzalandırsın, cərimə tətbiq etsin.

Deputat Gövhər Baxşəliyeva deyir ki, rus məktəbləri lazım deyil. Camaat uşağını rus məktəbinə qoyur ki, heç olmazsa Rusiya televiziyalarına baxa bilsinlər. Azərbaycan kanallarına baxıb nə öyrənəcəklər?”