Bakıda daha iki avtobus xətti birləşdi

07 Dekabr, 2018 08:59 | Sosial | Baxış sayı: 189
"BakuBus"
"BakuBus"

Daha üç xəttə isə yeniavtobuslar işə başlayacaq

Bakının bir sıra müntəzəm marşrut xətlərində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən (BNA)  verilən məlumata görə, bu addım ictimai nəqliyyatda əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması işləri çərçivəsində atılıb. 

Belə ki, 12 və 44 nömrəli müntəzəm marşrut xətləri bir-birini təkrarladığından onların birləşdirilərək bir nömrə (12 nömrə) altında təşkil edilməsinə qərar verilib.

Bundan başqa, 62 və 81 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi isə “Çinar Trans” MMC-yə həvalə edilib. 

Hər iki marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək. 

Eyni zamanda 64 nömrəli müntəzəm marşrut xətti üzrə də sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək. Bu məqsədlə, xətt üzrə müvəqqəti sərnişindaşıma xidmətinin göstərilməsi “General avto kompani” firmasına həvalə edilib. 

Həmçinin 88 nömrəli müntəzəm marşrut xətti üzrə isə sərnişindaşıma xidmətinin təşkili “BakuBus” MMC-yə həvalə olunub.

Dəyişikliklər gələn il yanvarın 1-dən tətbiq ediləcək.