Qar Qubada yolları bağladı

07 Dekabr, 2017 10:36 | Sosial | Baxış sayı: 312
Qarlı Xınalıq
Qarlı Xınalıq

Ağır texnika çıxarıldı

Şimal rayonlarına yağan güclü qar fəsadlara yol açıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, güclü qar havanın temperaturunu da salıb.

Qubanın Xınalıq kənd sakinləri kəndə 40-50 sm qar yağması səbəbindən rayon mərkəzinə gedən yolun bağlandığını ,Quba ilə nəqliyyat əlaqəsinin kəsildiyini bildiriblər.

"Azəravtoyol"un Qubadakı  5 saylı ASC-nin əməkdaşları yolların qardan təmizlənməsinə başlayıblar. Sahə rəisi Bilal Sultanov 2  ağır texnika ilə Qrız Dəhnə kəndindən başlayaraq Xınalıq istiqamətində yolun təmizlədiklərini bildirib. Yolun günün sonuna kimi açılacağı gözlənilir.

Xatırladaq ki, bu gecə ən çox qar məhz Şimal bölgəsinə yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 33, Xınalıq, Sarıbaşda 28, Ləzə, Qırızda 20 sm olub.