Qar nə vaxta kimi yağacaq?

07 Dekabr, 2017 15:36 | Sosial | Baxış sayı: 235
Yağışlı hava
Yağışlı hava

Bəzi yerlərdə 9 dərəcə şaxta gözlənilir

Yağışlı hava sabah da davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 08-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi  əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı,  gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.