Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılmış video barədə

07 Dekabr, 2017 16:43 | Sosial | Baxış sayı: 313
Daxili İşlər Nazirliyinin binası
Daxili İşlər Nazirliyinin binası

"Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılmış itin uşağı dişləməsi görüntülərinin Bakıda çəkilməsi öz təsdiqini tapmayıb”.

İstiPress-in məlumatına görə, Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev deyib.

O bildirib ki, həmin video Bakıda çəkilməyib.

“Məsələ araşdırılıb və məlum olub ki, həmin hadisə bir neçə il əvvəl xarici ölkədə olub” - deyə İ.Babayev qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılan videoda hadisənin Bakının mərkəzində baş verdiyi iddia olunub.