Bakının əsas yollarında sürət azaldıldı

07 Dekabr, 2017 09:05 | Sosial | Baxış sayı: 52
Bakıda sürət həddi azaldılıb
Bakıda sürət həddi azaldılıb

Buna səbəb yağış olub

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralında sürət həddi azaldılıb. Bakı Nəqliyyat Agentliyindən İstiPress-ə verilən məlumata görə, Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.

BNA-dan bildirilib ki, sürətin endirilməsində məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər. Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq”.