Yerin çətin dəqiqələri başladı

07 Noyabr, 2017 18:31 | Sosial | Baxış sayı: 469
Günəşdə qasırğa
Günəşdə qasırğa

Bu gündən Günəşdə geomaqnit qasırğası başlayıb.

İstiPress-in "zn.ua"ya istinadən verdiyi məlumata görə, kosmik hava hadisəsi noyabrın 11-nə qədər hər gün davam edəcək.

Məlumatda qeyd olunub ki, noyabrın 7-si və 8-də başlayacaq qasırğa noyabrın 9-u və 10-da maksimuma çatacaq. Noyabrın 11-də isə nisbətən zəifləyəcək. Geomaqnit prosesi noyabrın 15-də bir daha baş verəcək.

Alimlərin fikrincə, geomaqnit qasırğası daha çox xroniki xəstəliklərdən əziyyət çəkən insanlara təsir göstərəcək.

Qeyd edək ki, son 12 il ərzində ən güclü günəş fəallığının artması bu il sentyabrın 6-8-də baş verib.