Xızıda partlayan bombaların vurduğu ziyan aradan qaldırılır

07 Noyabr, 2017 18:55 | Sosial | Baxış sayı: 199
Silah anbarındakı partlayış anı
Silah anbarındakı partlayış anı

Bu il avqust ayının 27-də Xızıdakı hərbi hissənin silah-sursat bazasında baş verən yanğının vətəndaşlara vurduğu ziyan aradan qaldırılır.

Xızı icra başçısının Giləzi qəsəbəsi üzrə nümayəndəsi Aydın Dadaşov İstiPress-in şimal bürosuna məlumat verib ki, hazırda Giləzi qəsəbəsində yanğından sonra mərmi düşən, yanğın baş verən 3 ev yenidən tikilir, 4 evdə təmir-bərpa işləri gedir. Bir sakinin yanmış hasarı bərpa edilir.

Qəsəbədəki yanğın qeydə alınmış 4 yarımçıq tikili yenidən tikilir, artıq 3 yarım tikili istifadəyə verilib, birində isə işlər davam etdirilir. Bütün bu təmir-bərpa işləri FHN-nin xətti və maliyyə dəstəyilə aparılır.

Xızı icra hakimiyyətinin məlumatına görə, hazırda Şurabad və Stalçay kəndlərində də 2 evdə təmir işləri gedir. Əsas məqsəd evsiz sakinləri qış düşənə qədər evlərinə köçürməkdir. Bu məqsədlə iş sürətlə davam edir.

Xızıda gedən bərpa işləri
Xızıda gedən bərpa işləri
Xızıda gedən bərpa işləri
Xızıda gedən bərpa işləri
Xızıda gedən bərpa işləri
Xızıda gedən bərpa işləri
Xızıda gedən bərpa işləri
Xızıda gedən bərpa işləri